Fevral ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 17 010 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 17 010 müraciət daxil olub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14748 zəng qəbul edilib.

 

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2262 vətəndaşa xidmət göstərilib.

 

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1460 (482 ərizə, 978 məktub) qəbul olunub və qeydiyyata alınıb.

 

Daxil olan müraciətlər daha çox tələbələrin köçürürlməsi, direktorların işə qəbulu, tələbə təqaüdləri, xarici diplomların tanınması, birinci sinfə qəbul və digər bu kimi  məsələləri əhatə edib.

 



01.03.2019 | 14:54