İstənilən robotu layihələndirməyə imkan verəcək dəst | |
“Vincross” şirkəti robotların sərbəst quraşdırılması və proqramlaşdırılması üçün “MIND Kit” dəstini təqdim edib. Dəst istehsalçıların, texnologiya azarkeşlərinin, həmçinin pedaqoqların istifadəsi üçün nəzərdə tutulub. Layihə “Kickstarter” platformasında təqdim edilib.
Şirkətin təsisçisi Tianki San hesab edir ki, bu gün robotların quraşdırılması üçün faydalı maşınların layihələndirilməsinə imkan verən dəstlərin yaradılması zəruridir.
Dəst eyni zamanda lokallaşdırma və daxili yaddaş kartı metodlu mərkəzi prosessora və mürəkkəb hesablamaları həll etmək imkanına malikdir. Dəstdə, həmçinin server kontrolleri və etibarlı batareya mövcuddur.
www.robo-hunter.com saytının məlumatına görə, istifadəçilərə sadə SDK əməliyyat sistemindən istifadə etmək əlçatan olacaq. Robotun hazırlanmasında müxtəlif dinamikalardan və mikrofonlardan da istifadə etmək mümkün olacaq.
|
|
02.03.2019 | 12:23 | |
|
|
|