“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqə

Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə  çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda  bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqə elan edilib.

 

Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya  texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verən təhsil  işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.

 

Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil  sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər martın 28-dək https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/viewform?edit_requested=true linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.

 

Müsabiqə barədə daha ətraflı elan vasitəsilə tanış olmaq olar.

 

 



28.02.2019 | 16:09