Təhsil naziri vətəndaşları qəbul edib

Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasının Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq vətəndaşları qəbul edib.

 

Qəbulda vətəndaşlar əsasən, işlə təmin olunma, ali təhsil müəssisələrindən köçürülmə, diplomların tanınması ilə bağlı müraciət ediblər. 

 

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

 



28.02.2019 | 13:30