NDU-da elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsində “İnformatika” kafedrasının müəllimi Zümrüd Səfərovanın elmi-nəzəri seminarı keçirilib.

 

“Dalğa tənliyi üçün qarışıq şərtli sərhəd məsələsinin optimal idaretmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda keçirilən seminarı “İnformatika” kafedrasının dosenti Elşən Məmmədov açaraq bildirib ki, aparılan tədqiqatda ikiölçülü dalğa tənliyi üçün qarışıq şərtləri olan sərhəd məsələsi optimal idaretmə məsələsinə gətirilib, bu məsələdə optimal idarəedicinin varlığı isbat edilib və optimallıq üçün variasional bərabərsizlik şəklində zəruri və kafi şərt çıxarılıb.  

 

Zümrüd Səfərova qeyd edib ki, müasir tətbiqi riyaziyyatın ən intensiv bölmələrindən olan tərs məsələlər və korrekt olmayan məsələlər nəzəriyyəsidir. Buna səbəb fizikada, geofizikada, seysmologiyada, astronomiyada, tibbdə, biologiyada və. s sahələrdə çoxlu sayda belə sahələrin meydana gəlməsidir. Vurğulanıb ki, güclü kompüterlərin meydana gəlməsi isə tərs və korrekt olmayan məsələlərin tətbiq sahələrinin daha da genişlənməsinə səbəb olub.

 

Elşən Məmmədov elmi-nəzəri seminarların keçirilməsinin əhəmiyyətindən danışıb,  təklif və tövsiyələrini bildirib.

 

Kafedranın digər müəllimlərinin mövzu ilə bağlı sualları cavablandırılıb.

 



28.02.2019 | 14:57