Təhsil naziri və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə

Fevralın 22-də təhsil naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə birlikdə Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə olub. 

 

Qonaqlar ingilis dilinin tədrisi prosesini izləyib, Britaniya Şurası və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə məktəbdə yaradılan İngilis dili mərkəzinin fəaliyyəti ilə tanış olublar. 

 

Görüşdə eyni zamanda iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

 

2016-ci ildən icrasına başlanılan İngilis Dili mərkəzləri layihəsinin əsas məqsədi şagirdlərin ingilis dili bacarıqlarının və xüsusilə danışıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. Hazırda layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Lənkəranda ümumilikdə 13 belə mərkəz fəaliyyət göstərir.

 



22.02.2019 | 15:25