NDU-da konfrans | |
Naxçıvan Dövlət Universitetində magistrantların elmi tədqiqat təcrübələrinin başlanğıc konfransı keçirilib.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov təhsildə kredit sistemindən danışaraq universitetdə kredit sistemi ilə tədrisin təşkili və idarə olunması barədə məlumat verib. Bildirilib ki, bu qaydalar ali təhsilin əyani və qiyabi təhsil alan tələbələrinə və magistrantlarına şamil edilir.
Magistratura üzrə dekan, biologiya üzrə elmlər doktoru Etibar Məmmədov universitet daxilində müvafiq ixtisaslarda 53 ixtisas üzrə 147 magistrın təcrübə keçdiyini qeyd edib. Nəzərə çatdırılıb ki, elmi tədqiqat təcrübələrini bitirən tələbələr elmi-pedaqoji təcrübələrinə başlayacaqlar.
|
|
20.02.2019 | 18:45 | |
|
|
|