UNEC-dən növbəti addım: “Akademik ingilis dili” | |
UNEC-də professor-müəllim heyətinin tədris və tədqiqat bacarıqlarının təkmilləşdirilməsi, ingilisdilli ədəbiyyatlara çıxış imkanlarının genişləndirilməsi, müəllimlərin beynəlxalq mübadilə proqramlarında iştirakına şərait yaradılması məqsədilə 2018/19-cu tədris ilinin yaz semestrindən etibarən “Akademik ingilis dili” kurslarına start veriləcək. Bu məqsədlə ölkədə xarici dil tədrisi sahəsində böyük təcrübəyə malik şirkətlərdən biri olan “British Council” ilə əməkdaşlıq müqaviləsi imzalanıb və UNEC müəllimləri üçün diaqnostik APTIS test imtahanı təşkil olunub.
Fevralın 18-dən APTIS test nəticəsi B1 və yuxarı olan müəllimlər üçün 4 ay müddətinə 96 saat təlimin keçirilməsi nəzərdə tutulub. Kursların proqramı professor-müəllim heyətinin ixtisas səhələri üzrə akademik ingilis dilində danışma, yazma, dinləmə və oxuma bacarıqlarının təkmilləşdiriməsi məqsədi ilə hazırlanıb və təlim nəticəsində müəllimlərin nüfuzlu beynəlxalq jurnallarda məqalələr çap etdirməsi, mübadilə yolu ilə dünya universitetlərinin tədris fəaliyyətlərində iştirak imkanlarının artırılması və muasir ədəbiyyatla tanışlıq imkanlarının genişləndirilmə hədəflənib.
Müəllimlərin ingilis dili səviyyəsinin yoxlanılması məqsədi ilə kursun sonunda yenidən APTİS imtahanı təşkil olunacaq.
|
|
19.02.2019 | 17:49 | |
|
|
|