Koreya Respublikasında 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Qlobal Koreya təqaüd proqramı elan edilib.

 

Magistratura, doktorantura və tədqiqat səviyyələri üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

 

Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol, sığorta xərcləri Koreya hökuməti tərəfindən qarşılanacaq. Seçim zamanı ingilis (TOEFL və IELTS) və Koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir.

 

Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini cari ilin martın 4-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

 

 

 

 



19.02.2019 | 12:21