17 paytaxt məktəblisi qalib olub | |
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin 17 şagirdi “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub.
Belə ki, 283 nömrəli tam orta məktəbin şagirdi Reyhan Camalova və 177 nömrəli tam orta məktəbin şagirdi Selcan Nurullayeva I yeri tutaraq qızıl medala layiq görülüblər. Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdləri İsmayıl Şikarov, Emil Rüstəmli və Ağabaqir Əliyev, 264 nömrəli məktəb-liseyin şagirdi Nəzrin Kərimli, 160 nömrəli Klassik Gimnaziyanın şagirdləri Kamil Məhərrəmov, Tuba Əliyeva, 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Mirmehdi Ağalarov II yeri tutaraq gümüş, 238 nömrəli tam orta məktəbin şagirdləri Əli Əliyev, Zeynəb Əliyeva, 7 nömrəli tam orta məktəbin şagirdləri Məhəmməd Əkbərli, Fidan Həsənzadə, 16 nömrəli Texniki-humanitar liseyin şagirid Əli Kazımov, 20 nömrəli məktəb-liseyin şagirdləri Hüseyn Hüseynzadə, Gül Büşra Huri, 328 nömrəli tam orta məktəbin şagirdi Səbinə Əhmədova isə III yeri tutaraq bürünc medal qazanıblar.
Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qalib layihələrdən 38-i Bakını əhatə edir. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
|
|
15.02.2019 | 17:15 | |
|
|
|