“Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” | |
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin Newcastle Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir.
Cari layihə çərçivəsində ingilis dilində təşkil olunmuş üç günlük “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlimdə Azərbaycan Dövlət Aqrar Universitetindən müsabiqə yolu ilə seçilmiş müəllimlər siyahısına Elmir Mahmudov, Xanım Yusifova və Səbinə Hacıyeva daxildir. Təlim müddətində iştirakçılara sahibkarlığın tədrisi zamanı innovativ təlim üsulları və alətləri, Böyük Britaniyanın Newcastle Universitetinin Biznes Məktəbinin və bu sahədə beynəlxalq təcrübə təqdim olunaraq öyrənilib.
Təlimin sonunda iştirakçılar ilə görüşən İİTKM-nin İcraçı direktoru Vüsal Qasımlı təlimin əhəmiyyətindən danışıb, onun ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün faydalı olacağına əminliyini bildirib, Mərkəzin gördüyü uğurlu işlər haqqında məlumat verib.
Təlim, iştirakçılara sertifikat təqdimatı və xatirə şəklinin çəkilişi ilə yekunlaşıb.
|
|
17.02.2019 | 13:54 | |
|
|
|