“Dostluğun sehri” III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı,  Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə “Dostluğun sehri” III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi keçirilib.

Tədbirdə dövlət qurumlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

“Mənim arzularım” mövzusunda keçirilən müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların dünyagörüşü, arzu və xəyalları ilə yaxından tanış olmaq, uşaqlar arasında qarşılıqlı hörmət və dostluq münasibətləri yaratmaq və gənc istedadları üzə çıxarmaqdır.

Dünyanın 22 ölkəsindən 222 təhsil müəssisəsinin qatıldığı müsabiqəyə 2000-dən çox  rəsm işi təqdim olunub. 6-15 yaşlı uşaqların iştirak elədiyi müsabiqə 2 mərhələdə – seçim turu və qaliblərin müəyyənləşdirilməsi üzrə keçirilib.

Münsiflərin rəyi ilə 675 rəsm işi seçilib, bunlardan 187 iş  3 yaş kateqoriyası üzrə qaliblər sırasına daxil  olub. Şri-Lanka Demokratik Sosialist Respublikasından olan 6 yaşlı Dinuki Thathsarani Rathnathilaka adlı qız isə müsabiqənin ən yüksək “Qran-pri” mükafatına layiq görülüb.

Tədbir iştirakçıları müsabiqə qaliblərinin sərgisi ilə tanış olublar.

Qaliblərin təltif edilməsindən sonra qonaqlar mərkəzin bədii kollektivlərinin çıxışlarına tamaşa ediblər.

06.02.2019 | 14:51