Şagirdlər Əlyazmalar İnstitutunda ekskursiyada olublar

Abşeron rayonu Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdləri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ekskursiyada olublar.

 

Təhsil şöbəsindən verilən məlumata görə, burada şagirdlər qorunan yazılı abidələr, onların mühafizəsi, bərpası, tədqiqi və nəşrə hazırlanması işi barədə geniş məlumat əldə ediblər. Daha sonra şagirdlər Əlyazmalar İnstitutunun ekspozisiya zalında olublar. Onlara institutun yerləşdiyi binanın tarixi, burada mühafizə olunan Şərq mütəfəkkirlərinin ən mühüm əsərlərinin əlyazmaları haqqında ətraflı məumat verilib.

 

Sonda şagirdlər xatirə kitabına ürək sözlərini yazıblar.

 

Şakir CƏFƏROV

 

 

 



05.02.2019 | 17:06