Yanvar ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13 815 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Qeyd olunan  müddət ərzində həmin mərkəzlərə ümumilikdə 13 815 müraciət daxil olub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 543 zəng qəbul edilib.

 

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2272 vətəndaşa xidmət göstərilib.

 

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1162 sənəd (409 ərizə, 753 məktub) qəbul olunub və qeydiyyata alınıb.

 

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi  məsələləri əhatə edib.

 

 



04.02.2019 | 16:01