Azərbaycan Universitetinin 6 tələbəsi təhsillərini xaricdə davam etdirəcək

Azərbaycan Universitetinin 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini Almaniyanın Koblenz, İtaliyanın Sapienza və Xorvatiyanın Dubrovnik universitetlərində davam etdirəcək. “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsil almaq hüququ əldə edən  tələbələrdən 4-ü magistratura, 2-si isə bakalavriat pillələrində təhsil alır. Mübadilə dövründə tələbələrin müvafiq fənlər üzrə topladıqları kreditlər Azərbaycan Universiteti tərəfindən tanınır.  Universitetin 4 müəllimi isə yaz semestrində “Erasmus+” mübadilə proqramı xətti ilə Polşanın Krakov, Xorvatiyanın Dubrovnik və İtaliyanın Sapienza universitetlərində mühazirə oxumaq üçün dəvət alıb.

 

Qeyd edək ki, beynəlxalq təcrübənin öyrənilməsi və mübadilə prosesində iştirakın təhsilin mühüm tərkib hissəsi olduğuna inanan Azərbaycan Universiteti beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir və tələbələrin xaricdə təhsil almaları üçün əlindən gələni edir.

 

 

Sifai SƏFƏROVA

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



04.02.2019 | 16:22