Ceyhun Bayramov: Ucqar kəndlərdə qeyri-ixtisas müəllimlərinin dərs deməsi problemi əsasən həll edilib | |
Azərbaycanda ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin dərs deməsi problemi əsasən həll edilib. Təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib ki, son 5 ildə 20 minə yaxın müəllim işə qəbul edilib. Onların da 90 faizi gənc müəllimlərdir. İşə qəbul olunmuş müəllimlərin 70 faizi ölkənin müxtəlif ucqar kəndlərində fəaliyyətə başlayıb və onların hamısına stimullaşdırma tədbirləri tətbiq edilib: "Hesab edirəm ki, bununla da ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin dərs deməsi problemi əsasən həll edilib. Növbəti illərdə bu problem tam olaraq öz həllini tapacaq".
|
|
01.02.2019 | 17:05 | |
|
|
|