Kursantlara "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda "açıq dərs" keçirilib | |
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Evm-muzeyində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları üçün "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda "açıq dərs" keçirilib.
AMEA-dan verilən məlumata görə, dərs zamanı kursantlara görkəmli dramaturqun həyat və yaradıcılığı, eləcə də ailə üzvləri haqqında ətraflı məlumat verilib. Bundan əlavə, ədibin "Ana", "Maral", "Şeyda", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur" və digər dram əsərlərinin mövzu və ideyasından danışılıb.
Tədbirdə, həmçinin, muzeyin Hüseyn Cavid və cavidlər irsinə həsr olunan kitabları - "Cavid hikməti: seçmə aforizmlər", "Cavidşünaslıq" araşdırmalar toplusu və "Turan Cavidin ömür salnaməsi", "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" və digər nəşrlər barədə də geniş bəhs edilib.
Sonda kursantları maraqlandıran suallar cavablandırılıb.
Samirə KƏRİMOVA
|
|
28.03.2018 | 14:32 | |
|
|
|