Gəncədə tur-aksiya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əlil Qadınlar Cəmiyyəti qərb bölgəsində sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün Gəncədə tur-aksiya təşkil edib. 60 uşaq şəhərin  park və  xiyabanları və  tarixi abidələrlə tanış olub.

 

Qeyd edək ki,  tur-aksiyanın  təşkil olunmasında məqsəd şəhid  və aztəminatlı ailələrdən olan uşaqlara sosioloji və psixoloji yardım göstərmək, çətin həyat şəraitində olan uşaqları maarifləndirici təlimlərə cəlb etmək olub. Eyni zamanda məqsəd belə uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsidir.

 

Sifai SƏFƏROVA



29.01.2019 | 18:03