Yeni kataloq çapdan çıxıb | |
“Elm” nəşriyyatı “Əlyazmalar İnstitutunda mühafizə olunan dövri mətbuatın kataloqu” kitabını nəşr edib. Kitabı Səadiyə Xanlarova tərtib edərək nəşrə hazırlayıb.
Qeyd edək ki, Əlyazmalar İnstitutunda 716 adda 2267 dövri mətbuat nümunəsi saxlanılır. Onlar dil baxımından da rəngarəngdirlər. Burada Azərbaycan, türk, rus, fars, ərəb, polyak, ləzgi, tatar, özbək, avar, qumuq, tacik, türkmən, qazax, alban dillərində nəşr olunmuş qiymətli mətbuat nümunələri vardır. Kataloqda hər bir dildə olan nümunə barədə ətraflı məlumat verilib. İnstititutda saxlanılan mətbu orqanlar arasında “Əkinçi”, “Kaspi” qəzetləri və “Molla Nəsrəddin” jurnalı kimi məybuat tariximizdə önəm daşiyan incilər də vardır.
Kataloqun redaktoru tarix üzrə elmlər doktoru Tahirə Həsənzadədir. |
|
28.01.2019 | 10:17 | |
|
|
|