Avtomobillərdə emosiyaların tanınması sistemi təqdim olunub | |
“Kia Motors” şirkəti pilotsuz avtomobillərdə sərnişinlərin əhvali-ruhiyyəsinin tanınması üçün R.E.A.D sistemini təqdim edib. Sistem avtomobil salonunda işıqlandırmanı və temperaturu müstəqil dəyişdirmək imkanına malikdir.
www.hightech.fm saytının məlumatına görə, R.E.A.D emosiyaların tanınması texnologiyasına bir neçə kompüter sistemi, həmçinin dərinin elektrik fəallığını və ürək döyüntüsü göstəricilərini təhlil edən sensorlar quraşdırılıb.
Sistem əldə olunan məlumatlar əsasında sərnişinin əhvali-ruhiyyəsini təhlil edir, salonda lazımi vəziyyəti quraraq temperaturu, işıqlandırmanı, rütubəti və musiqini dəyişdirir.
R.E.A.D. Las-Veqasda keçirilən dünyanın ən böyük texnologiya sərgisi “CES 2019”-da təqdim edilib. |
|
26.01.2019 | 12:35 | |
|
|
|