Metodologiya təlimlərinə start verilib

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Metodologiya təlimlərinə start verilib.

 

Metodologiya təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması və onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.

 

“British Council” təşkilatı tərəfindən aparılan təlimlər Beynəlxalq Aptist İmtahanının nəticələrinə əsasən, Nizami, Nəsimi, Yasamal və Nərimanov rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində həftədə 1 dəfə aparılır.

 

Metodologiya təlimləri boyunca müəllimlər peşəkar görüşlərə cəlb olunurlar. Görüşlər zamanı müəllimlərin dərsləri müşahidə olunur və təlimçi-fasilitatorlar tərəfindən müəllimlərə tədris prosesinin təşkili istiqamətində inkişafetdirici rəylər verilir.

 

Metodologiya təlimlərindən sonra müəllimlər layihənin növbəti mərhələsi olan Məktəb əsaslı peşəkar inkişaf təlimlərinə cəlb olunacaqlar.                

Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

 



25.01.2019 | 10:38