Fövqəladə hallarla bağlı tədbir keçirilib | |
Ağcabədi şəhər 7 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi tərəfindən keçirilən tədbirin məqsədi şagirdlərin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin daha da artırılması olub. “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında məruzələr iştirakçılarda maraq doğurub.
Tədbirdə eyni zamanda mövzulara dair videoçarxlar da nümayiş olunub.
Sifai SƏFƏROVA |
|
23.01.2019 | 14:39 | |
|
|
|