Şagirdlər arasında atıcılıq üzrə yarış

Paytaxt məktəbliləri arasında elektron güllə atıcılığı üzrə rayon turniri keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı 234 nömrəli tam orta məktəbdə təşkil olunmuş yarışın əsas məqsədi şagirdlərin güllə atıcılığı sahəsində qabiliyyətini üzə çıxarmaq, gənc nəsil arasında vətənpərvərliyi təbliğ etməkdən ibarətdir.

 

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Xəzər rayonu üzrə ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən yarışda, ümumilikdə 30 komanda iştirak edib.

 

Yarışın nəticələrinə əsasən, 234 nömrəli tam orta məktəbin komandası I, 26 nömrəli tam orta məktəbin komandası II, 181 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

 

Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.   

 



23.01.2019 | 10:06