"Ümid 2019" incəsənət müsabiqəsində uğur qazanıblar

Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən "Ümid 2019" incəsənət müsabiqəsində uğur qazanıblar.

 

Məktəbin fortepiano şöbəsinin müəllimi Natəvan Sadıqovanın şagirdləri Məryəm Əliyeva, Sevinc Atakişiyeva, Ləman Əlizadə müsabiqədə iştirak edərək, müxtəlif nominasiyalarda laureat  adına layiq görülüblər.

                      

Sifai SƏFƏROVA



22.01.2019 | 17:43