SABAH tələbələrinin bilik yarışı | |
Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə riyaziyyat və informasiya texnologiyaları üzrə bilik yarışının birinci mərhələsi keçirilib.
8 ali təhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə 500-dən çox SABAH tələbəsi iştirak edib. Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.
Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, 100-dən artıq tələbə cari ilin aprel ayının sonunda keçiriləcək ikinci mərhələdə iştirak edəcək. |
|
27.03.2018 | 16:37 | |
|
|
|