Kolumbiyalı professor BMU-da seminar keçirəcək

Dünya təhsil sisteminə inteqarsiya, eləcə də təhsildə yeni yanaşmaların tətbiqinə əhəmiyyət verən Bakı Mühəndislik Universiteti (BMU) növbəti seminara ev sahibliyi edəcək. Belə ki, martın 30-da “Təhsil və sosial mobillik” adlı seminar BMU-da keçiriləcək. Seminar ABŞ-da  (Nyu-York şəhərində) fəaliyyət göstərən Kolumbiya Universitetinin professoru və sosial elmlər üzrə elmi tədqiqatçısı, xanım Amra Sabic-El Rayessin təqdimatında baş tutacaq. Seminar professor-müəllim heyəti və tələbələr üçün nəzərdə tutulub.  

 

Nəzərə çatdıraq ki, Amra Sabic-El Rayess siyasi-iqtisadi və sosial mövzularda tədqiqatlar aparır. Onun Hindistan və Çin kimi ölkələrdə peşəkar xidmətləri mövcuddur. Xanım El Rayessin tədqiqat maraqları və mövzuları çox müxtəlifdir. O, təhsilin iqtisadi inkişafa təsiri, qadınların iqtisadiyyata töhfəsi, qeyri-mühafizəkar qrupların formal və qeyri-formal təhsilə təsiri və sosial dəyərlərdəki dəyişiklikəri araşdırır.

 

Onu da qeyd edək ki, Amra Sabic-El Rayess ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi proqram çərçivəsində ölkəmizdədir. O, Bakı Mühəndislik Universiteti ilə yanaşı, “ADA” Universiteti və Bakı Dövlət Universitetində də mühazirələrlə çıxış edəcək. 

                                     

Niyazi RƏHİMOV

 



27.03.2018 | 14:57