ADNSU-da superkompüter üzrə tanınmış mütəxəssisin mühazirələri davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) superkompüterlər üzrə tanınmış mütəxəssis professor Ehsan Musəvinin mühazirələri davam edir.

 

ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının nəzdində fəaliyyət göstərən HPC elmi mərkəzinin dəvəti ilə universitetə gələn E.Musəvi “Kompüter elmləri” ixtisası üzrə təhsil alan tələbələr üçün “HPC-yə giriş”-dən mühazirələr oxuyur. Mühazirələrdə “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının gənc müəllimləri də dinləyici qismində iştirak edirlər.

 

HPC üzrə mühazirələrin aprel, may və iyun aylarında da davam etdirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, əslən Cənubi Azərbaycandan olan Ehsan Musəvi dünyada ən tanınmış superkompüter mütəxəssislərindən biri hesab olunur.

 



27.03.2018 | 13:49