Reyhan Camalovanın daha bir uğuru | |
Dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes" jurnalı yeniyetmə və gənc ixtiraçıların reytinq cədvəlini hazırlayıb (www.forbes.com/profile/reyhan-jamalova). İlk dəfə olaraq Azərbaycan təmsilçisi də bu hesabata daxil edilib. "Forbes"in hesabatına ən gənc ixtiraçılardan biri kimi daxil edilən "İstək" liseyinin şagirdi Reyhan Camalovanın yağış suyundan enerji istehsal edən "Reynerci" ("Rainergy") qurğusu ən diqqət çəkən ixtiralardan biri olub.
Reyhan 2017-ci il noyabrın 17-də Hindistanda keçirilmiş VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edib və orada ABŞ prezidentinin qızı İvanka Tramp tərəfindən xüsusi mükafat alıb. O, Qlobal Sahibkarlıq Sammitində ən gənc iştirakçı olub. R.Camalova həmçinin 2017-ci ildə Azərbaycanda BMT Modeli Konfransında həvəsləndirici mükafat qazanıb və Avropanın ən böyük yaşıl biznes ideyası müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb. Cari ilin fevralında isə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
O.MUSTAFAYEV |
|
27.03.2018 | 13:14 | |
|
|
|