Azərbaycan məktəblilərinin növbəti uğuru

Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə keçirilən 15-ci Beynəlxalq Jautıkov Olimpiadasında Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov,  Murad Eynizadə informatika fənni üzrə gümüş medal, həmin liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medal,  11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar. 

 

Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə ediblər.

 

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə sıx əməkdaşlıq qurulmaqla həyata keçirilir. 

 



15.01.2019 | 09:51