Yeni texnologiya 3D-animasiya yaradacaq | |
ABŞ-ın Vaşinqton Universitetinin mütəxəssisləri ikiölçülü statik təsvirlərin üçölçülü hərəkətli modellərə çevrilməsi alqoritmini hazırlayıblar. Əsas material kimi “Photo Wake-Up” texnologiyasının “canlandırdığı” fotoşəkillərdən istifadə olunub. Belə ki, şəkildəki personaj tamaşaçının gözləri qarşısında çərçivəni tərk edərək, ətrafda müxtəlif hərəkətləri yerinə yetirməyə başlayır. Bunun əlavə reallıq sahəsində sıçrayış olacağı gözlənilir.
www.techcult.ru saytının məlumatına görə, alqoritmin işləməsi üçün animasiya obyektinin aydın seçildiyi şəkil lazımdır. Alqoritm bədənin hissələrini tanıyır, onları ümumi kompozisiyadan ayırır, nisbətlər əsasında 3D-skeleti modelləşdirir və ilk şəkli köçürərək, onun üçün 2D-teksturanı quraşdırır.
Sonra belə modellə ixtiyari proseduru (məsələn, qalereyada yer alan başqa şəklə qaçmağı və oradakı personajla yerini dəyişməyi əmr etmək) yerinə yetirmək olar. Bu, sehrbazlıq kimi görünsə də, əslində əlavə reallıq texnologiyalarının əyani surətdə tətbiqidir. Sələflərindən fərqli olaraq, bu alqoritmin müəllifləri orijinal şəklin hissələrinin tanınması və surətinin çıxarılmasında görünməmiş dəqiqliyə nail olublar. Bunun sayəsində tamaşaçı “illüziya”ya asanlıqla inanır.
|
|
13.01.2019 | 10:20 | |
|
|
|