Rokko adlı tutuquşu İnternetdən meyvə sifariş edir | |
Rokkonun sahibi Marion Vişnevski “Alexa”nın istehsalçılarına “valideyn nəzarəti” funksiyasına görə minnətdardır. Çünki yalnız bu funksiya onu kortəbii xərclərdən qoruyub. Belə ki, Rokko bir gün qadcetə müraciət edib və Marionun səsini təqlid edərək, onlayn mağazadan meyvə və çərəz sifariş verib. Sahib robotun tutuquşunun bütün sifarişlərini qəbul etmədiyini bildirib. Artıq Marion hər gün “Alexa”nın hesabatlarını oxumaq və Rokkonun bir çox əmrlərini ləğv etmək kimi bir vərdişə yiyələnib.
www.techcult.ru saytının məlumatına görə, “Alexa” səsli idarəetməsi reallıqda istehsalçıların nəzərdə tutduqlarından daha effektiv olub. Sahib daim tutuquşunun robota musiqini qoşmağı necə əmr etdiyini müşahidə edir. “Alexa” əmrləri dəqiqliklə yerinə yetirir, sonra Rokko ilə mehribanlıqla “söhbət edir”.
İstedadlı tutuquşu çoxdan anlayıb ki, evdə insanlar olmayanda bu elektron cihaz çox əyləncəli ola bilər. “Alexa”nın hesabatlarına əsasən, Rokko onu gündə ən azı 40 dəfə aktivləşdirir.
Yusif ƏLİYEV |
|
02.01.2019 | 12:24 | |
|
|
|