Neyroşəbəkə realistik insan sifətləri yaradır | |
“NVIDIA” şirkətinin tədqiqatçıları realistik görünən insanları generasiya edən alqoritm üzərində uzun illərdir ki, çalışırlar. Bu işin nəticəsi olaraq, “Generative Adversarial Networks” adlı neyron şəbəkə real insanların şəkillərindən fərqlənməyən “fotoşəkillər” yaratmağa başlayıb.
www.naukatv.ru saytının məlumatına görə, süni intellekt tərəfindən yaradılan sifətlər “üslubun ötürülməsi” (style transfer) kimi tanınan metod vasitəsilə formalaşdırılır. Neyroşəbəkə bir şəklin xarakteristikasını digəri ilə birləşdirir. Generator fotoşəkili üç üslubun birləşməsi kimi nəzərdən keçirir: “kobud üslublar” (poza, saçlar, üzün forması), “orta üslublar” (üz və göz cizgiləri) və “incə üslublar” (rəng sxemi).
Mütəxəssislərin sözlərinə görə, alqoritm, həmçinin kiçik heyvan və ya obyektlərin şəkillərini yarada bilir. Lakin sistem hələ ki, mükəmməl deyil və şəkillərin saxta olduğunu bildirən əlamətlər mövcuddur. Məsələn, ən çətin hissə saçların yaradılmasıdır. Saçların realistik formalaşdırılmasının çətinliyi ilə əlaqədar olaraq, neyroşəbəkə şəkillərində onlar rənglənmiş və ya qeyri-təbii görünür.
|
|
30.12.2018 | 12:44 | |
|
|
|