Böyük Britaniya şirkətinin nümayəndələri AzTU-da | |
Martın 15-də Böyük Britaniyada yerləşən “PD&MS Eneergy” şirkətinin Azərbaycan üzrə ofisinin meneceri Kevin Peakenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudovla görüşüblər.
Görüşdə Kevin Peake AzTU ilə yaxından tanış olduğunu bildirərək “PD&MS Eneergy” şirkəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, şirkətədə işçilər dizayn, tikinti, sertifikatlaşdırma ilə bağlı mühəndis vəzifələrini yerinə yetirirlər. Əsasən boru, konstruksiya və elektrik üzrə mühəndis kadrlara ehtiyacı olan şirkət namizədlərdən kollektivdə işləmək, diqqəti keyfiyyətə yönəltmək, ünsiyyət qurma, təşkilatçılıq, ingilis dilində yüksək səviyyədə yazmaq və danışımaq bacarığı tələb edir. İşə qəbul olunan mühəndislər birbaşa idarəetmə vəzifəsində çalışacaqlar.
Kevin Peake həmçini bildirib ki, aprel ayında Böyük Britaniyanın Mühəndislik Universitetinin nümayəndələri də Azərbaycana gələrək AzTU ilə daha yaxından tanış olmaq niyyətindədirlər.
Qonaqların təklifini və Böyük Britaniyanın Mühəndislik Universitetinin AzTU ilə əməkdaşlıq niyyətindən məmnunluğunu bildirən Xalıq Yahudov ilkin olaraq universitetin magistratura səviyyəsində təhsil alan bir neçə tələbənin “PD&MS Eneergy” şirkətinə yönəldiləcəyini deyib. Rektor əvəzi qeyd edib ki, iki ölkə arasında davamlı olaraq inkişaf edən siyasi-iqtisadi əlaqələr AzTU-ya Böyük Britaniya universitetləri və şirkətləri ilə əməkdaşlığa əlverişli şərait yaradır. Xalıq Yahudov AzTU-dan “PD&MS Eneergy” şirkətinə göndərilən məzunların göstərilən etimadı doğruldacağını və gələcəkdə daha geniş əməkdaşlığa zəmin yaranacağına əminliyini ifadə edib. |
|
16.03.2018 | 17:26 | |
|
|
|