Yeni tələbə yataqxana kompleksi istismara hazırdır | |
Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksi istismara hazırdır. Bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, tələbə yataqxanalarının tikintisi və təmiri istiqamətindən həyata keçirilən işlər tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək: “Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana komleksinin inşası başa çatdırılıb və istismara hazırdır. Bakı şəhərində və regionlarda yeni yataqxana komplekslərinin inşası, o cümlədən Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək”.
Ruhiyyə Daşsalahlı
|
|
21.12.2018 | 18:33 | |
|
|
|