Yaponiyalı robot elektrik avtomobilini idarə edib

Tokio Universitetinin “JSK Lab”  laboratoriyasının alimləri artıq neçə ildir ki, avtomobil idarə edə bilən insanabənzər robotların yaradılması üzərində işləyirlər.

 

www.robo-hunter.com  saytının məlumatına görə, yaponiyalı mühəndislər insanabənzər robot “Musash”yə avtomobil idarə etməyi öyrədiblər. Android sükanı fırlada, pedallara basa və hətta maneələri tanıyaraq tormozlaya bilir.  İnternetdə Toyota COMS elektrik avtomobilində robotun qısa səfərini göstərən video yayımlanıb. Videoda tros sisteminin robotun bədəninə necə birləşdirildiyini izləmək olar. Avtomobilin  sürətinin  aşağı  olmasına  baxmayaraq Androidə qarşısındakı piyadanı görüb dayanmaq üçün çox vaxt lazım olur. Bu da robotun hələ tamamlanma mərhələsində olduğunu göstərir.



23.12.2018 | 13:24