Maarifləndirici seminarlar keçirilib

Tədbirlər planına əsasən Abşeron rayonunun ümumtəhsil məktəblərində maarifləndirici seminarlar keçirilib. Seminarda şagird, müəllim və valideynlərə rəqəmsal ödəniş xidmətləri haqqında ətraflı məlumat verilib. 

 

Qeyd edilib ki, proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Rəqəmsal transformasiya və texnoloji innovasiyalar bir çox maliyyə xidmətinə sürətli, asan və effektiv çıxış əldə etməyə imkan verir.

 

Aysel TAHİROVA,

Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi 



23.12.2018 | 12:56