“Əməkdar müəllim” fəxri adı təqdim edilib

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Əməkdar müəllim” adına layiq görülən əməkdaşlarına mükafatlar təqdim edilib.

 

Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində mühüm islahatların həyata keçirildiyini və böyük uğurlar əldə edildiyini bildirib. Nazir müəllimlik peşəsinə marağın artdığını, müəllim əməyinin ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Təhsil naziri qeyd edib ki, ölkə Prezidentinin sərəncamına əsasən, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibəti ilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Valentina Kraynova, Ülviyyə Manafova və Səadət Səttarovaya “Əməkdar müəllim” fəxri adı verilib.

 

Nazir mükafatları təqdim edərək fəxri ad alan müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 



19.12.2018 | 15:31