700 bal toplayan gəncin daha bir uğuru

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Xəyal Fərzəliyev daha bir uğura imza atıb.  Dövlət İmtahan Mərkəzinin 2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olan Xəyal Fərzəliyevə  Barattson şirkətinin rəhbəri Elşən Rəhimov tərəfindən 20.000 AZN-lik təhsil vauçeri təqdim olunub. Təhsil vauçeri 4 il qüvvədə olacaq və Xəyal Fərzəliyev Barattson tərəfindən təqdim olunan bütün xidmətlərdən - təlim, kurs, seminar və tədbirlərdən tamhüquqlu istifadə edəcək.   

 

E.Rəhimovun sözlərinə görə, Barattson şirkətinin əsas missiyası təhsil vasitəsilə insanların real iş imkanları qazanmasına və gənclərin təhsil arzularının reallaşdırılmasına dəstək olmaqdır.  Təmsil etdiyi şirkətin bacarıqlı və savadlı gənclərin cəmiyyət üçün faydalı olacağına inanaraq onların yenilikçi ideyalarının tətbiqinə daim  dəstək göstərmək niyyətində olduğunu deyən E.Rəhimov istedadı ilə seçilən gəncə dəyərli tövsiyələr verib və ona daim elm axtarışında olmağı, Azərbaycanı beynəlxalq elm arenalarında uğurla təmsil etməyi arzulayıb.

 

Oruc MUSTAFAYEV

 



18.12.2018 | 13:00