Tələbələr şeir və bədii qiraət müsabiqəsində | |
Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Ən yaxşı şeir və bədii qiraət” müsabiqəsi keçirilib. Bu münasibətlə düzənlənən tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev müsabiqənin bədii yaradıcılıqla məşğul olan tələbələrin üzə çıxarılması, onlara dəstək olunması və yaxşı şeir nümunələrinin geniş oxucu kütləsinə çatdırılmasına köməklik olunması məqsədilə keçirildiyini qeyd edib, bu cür müsabiqələrin institututda mütəmadi olaraq təşkil olunacağını söyləyib.
Müsabiqədə 17 tələbənin müxtəlif şeiri, 5 tələbənin isə bədii qiraəti münsiflər heyəti tərəfindən dinlənilib və qiymətləndirilib. Münsiflər heyətinin qərarına görə I, II, III yeri tutan tələbələrə diplom və hədiyyələr rektor Elbrus İsayev və Azərbaycan Yazıçılar Birliyinin üzvləri Həsənəli Eyvazlı, Elxan Yurdoğlu, Əbülfəz Quliyev tərəfindən təqdim olunub. Bir neçə yaradıcı tələbə isə həvəsləndirici hədiyyələrlə mükafatlandırlıb. |
|
18.12.2018 | 13:45 | |
|
|
|