SABAH tələbələri qalib olub

Bakı Dövlət Universitetinin “Kompüter elmləri” ixtisası üzrə IV kurs SABAH  tələbələri Aytac Mirzəliyeva, Məmmədəli Şahbazov, Cavid Qasımov, Ramazan Süleymanlı “First Step” komandası adı altında “Hult Prize BSU”-nun qalibi olublar.

 

Bakı Dövlət Universitetində 17 komanda arasında baş tutmuş mübarizənin qalibləri regional finalda birbaşa iştirakla yanaşı, 2019-cu ilin sentyabr ayında ABŞ-ın Nyu-York şəhərinin ev sahibliyi edəcəyi “Global Hult Prize” müsabiqəsinin finalına qatılmaq hüququ qazanıblar. Qalib komanda üçün 1 milyon ABŞ dolları dəyərində mükafat təyin olunub.

 

“Hult Prize” müsabiqəsi sabiq ABŞ prezidenti Bill Klinton və "Times” jurnalı tərəfindən dünyanı daha yaxşıya dəyişən beş ən yaxşı ideyadan biri kimi tanınır. “Hult Prize 2019” müsabiqəsinin əsas hədəfi Birləşmiş Millətlər Təşkilatının 7, 8 və 9-cu Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq gənclərin işsizlik probleminin həll olunmasına yardım etməkdir.   

 

 



15.12.2018 | 21:48