UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb

UNEC-də Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin tərkibində Elmmetrika şöbəsi fəaliyyətə başlayıb.  Əsas vəzifələri sırasına professor-müəllim heyətinin elmi fəaliyyəti haqqında informasiyanın toplanması və onun sistemləşdirilməsi, nəşr aktivliyinin və istinad göstəricilərinin yüksəldilməsi işlərinə metodiki dəstək olan şöbə UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində atılan növbəti addımdır.

 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, şöbə həmçinin UNEC-in professor-müəllim heyətinin Beynəlxalq elmi bazalardan istifadəsinə  və istismarına nəzarət edəcək, struktur bölmələrinin məqalə aktivliyinin və istinad göstəricilərinin yüksəldilməsi işlərinin stimullaşdırılması, qiymətləndirmə metodlarının işlənməsi sahəsində tədbirlər həyata keçirəcək.

 

Elmmetrika şöbəsi universitetin professor-müəllim heyətinin və elmi kadrların intellektual fəaliyyət mədəniyyətinin, məqalə aktivliyinin, elmi əməyin müasir metod və texnologiyalarının mənimsənilməsi səviyyəsinin artırılması məqsədi ilə metodoloji və sorğu materiallarının, vəsaitlərin, tövsiyələrin haazırlanması, çapı və yayılması istiqamətində addımlar atacaq.

 

Elmmetrika şöbəsi həmçinin UNEC-in alimlərinin elektron elmi kitabxanalarda qeydiyyatının təşkili, dərc olunan elmi jurnalların impakt-faktorlarının artırılmasının stimullaşdırılması, dissertasiya şuralarının fəaliyyətinin elmmetrik monitorinqini həyata keçirəcək. 



12.12.2018 | 13:56