“Yaxşılığa yaxşılıq”

Fənn: Azərbaycan dili;

Sinif: III sinif;

Mövzu: Yaxşılığa yaxşılıq;

 

Standart:

1.1.2. Dinlədiyi fikirəri təhlil etməklə mövqeyini şərh edir.

2.2.4. Mətndəki əsas fikri həyatla əlaqələndirir.

 

Məqsəd:

- Dinlədiyi bədii mətnin ideyasını müəyyən edir və ona münasibət bildirir.

- Həyatdan misallar gətirməklə oxuduğu mətnin  ideyası və obrazları haqqında fikir yürüdür.

 

İnteqrasiya:

Həyat bilgisi: 3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə münasibət bildirir.

İş forması: Böyük və kiçik qruplarla iş.

İş üsulu: Beyin həmləsi, müzakirə, Venn diaqramı.

Resurslar: Dərslik, şəkillər, kompüter, proyektor, videoçarx, flamastr, kley, iş vərəqləri.

 

Dərsin gedişi:

Motivasiya: “Qartalın hərəkəti” və “Şir və siçan” mətnlərindən şəkillər göstərirəm. Şagirdlərə “Bu şəkillər sizə hansı keyfiyyətləri xatırladır” sualı ilə müraciət edirəm. Müxtəlif cavablar aldıqdan sonra bu mövzuda video nümayiş etdirirəm. Anlayışın çıxarılması üsulundan istifadə etməklə onları “yaxşılığa yaxşılıq” cavabını almağa istiqamətləndirirəm. Yaxşılığa aid şəkillər göstərməklə bu cavabları əsaslandırıram. Hər bir şəkil haqqında şagirdlərlə sorğu aparıram. “Beyin həmləsi” üsulundan istifadə edərək suallar verirəm: “Nə gördünüz?”, “Kim kömək edir?”, “Yaxşılığa aid atalar sözü bilirsinizmi?”

 

Yardımçı sual:

İnsanlar nə üçün yaxşılıq edirlər?

Tədqiqat sualı:

Təmənnasız yaxşılıq nə deməkdir?

Mətn şagirdlər tərəfindən hissə-hissə oxunur. Mətnə aid suallar verilir. Dinləmə mətnini oxuyuram. Şagirdlərə “Sizcə,  ayı oğlana doğrudan bu sözləri pıçıldamışdı?”. “Uşaqlar, birinci mövzumuzun məzmunu və ideyası nədir?” “İkinci mövzumuzun məzmunu və ideyası nədir?” sualları ilə müraciət edirəm. Sonra şagirdlərə  öyrəndiklərini qrup işi formasında tətbiq etməyi təklif edirəm.

 

Şagirdləri beş qrupa bölürəm. Qruplara tapşırıqlar yazılmış iş vərəqləri paylayıram.  Qruplar öz liderlərini seçirlər.

 

I qrup:

1. Mətnin ardını davam edin:

İt xəstələndi. Qorxmaz onun altına quru ot döşədi, süd verdi. İt sağaldı. Bir gün Qorxmaz  balıq tutmağa çaya getdi. İt də yanında idi. Qorxmaz sürüşüb.............

2. Dostluğa aid bir neçə atalar sözü yazın.

 

II qrup:

1. Şəklə aid hekayə qurun (yaxşılıq).

 

 

2. Keçdiyimiz mətnin açar sözlərini yazın.

 

III qrup:

1. “Yaxşılığa yaxşılıq” mətninin xəritəsini tamamlayın.

2.  Dostluğun simvolunu çəkin.

 

IV qrup:

1. Şəklə aid hekayə qurun (dostluq).

 

 

2. Yaxşılığa aid bir neçə atalar sözü yazın.

 

V qrup:

1. “Dost dar gündə tanınar” atalar sözünə kiçik mətn qurun.

2. Yaxşılığa aid simvol  çəkin.

 

İnformasiya  mübadiləsi:

Hər qrup öz işini təqdim edir. Qrupların işi lövhədən asılır.

İnformasiyanın müzakirəsi:

Qrupların təqdimatı başa çatdıqdan sonra şagirdlərə suallar verirəm:

1. Sizcə, heyvanlarda minnətdarlıq hissi olurmu?

2. Onlar yaxşılıq başa düşürlərmi?

Sonra şagirdlərin cavabları dinlənilir.

Nəticə və ümumiləşdirmə:

Şagirdlərin cavablarından ümumi nəticəyə gəlinir ki, yaxşılıq edən yaxşılıq görər. İnsan təmənnasız yaxşılıq etməlidir, dostluq etməyi bacarmalıdır.

 

Ev tapşırığı: Dərsliyin 57-ci səhifəsindəki 4-cü tapşırığı yazmaq.

Qiymətləndirmə:Qiymətləndirməni aşağıdakı meyar cədvəli əsasında aparıram:

 

 

Qruplar

 

Meyarlar

I

II

III

IV

V

Mətnin ideyasını müəyyən edir

 

 

 

 

 

Mətndəki əsas fikri əlaqələndirir

 

 

 

 

 

Təqdimat

 

 

 

 

 

Əməkdaşlıq edir

 

 

 

 

 

Nəticə

 

 

 

 

 

 

 

Şükufə QASIMOVA,

Bakı şəhər 284 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 



07.12.2018 | 16:32