Şagirdlər skolioz xəstəlikləri ilə bağlı maarifləndirilir | |
“Sağlam Təhsil. Yeniyetmələrin bəlası – Skolioz” adlı layihə çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi valideyn və şagirdləri skolioz xəstəliyi haqqında həkim tərəfindən ətraflı məlumatlandırmaq, gələcəkdə baş verə biləcək xəstəliyi qabaqcadan müəyyənləşdirməkdən ibarətdir.
291 nömrəli Ekologiya liseyində keçirilən təlimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun müdiri Anar Qədiməliyev, Tibb Universitetinin Fizioterapiya və İdman təbabəti kafedrasının dosenti Sədaqət Quliyeva, liseyin direktoru Kəmalə Mirzoyeva, layihənin rəhbəri və liseyin müəllimi Samirə Səmədova, müəllimlər və şagirdlər iştirak ediblər.
Üç gün davam edən təlimlər zamanı onurğa sütunu pozuntularının (skolioz, kifoz, lordoz və kifoskolioz) yaranma səbəbləri, müalicə və profilaktikasından danışılıb.
Bundan əlavə, şagirdlərə parta arxasında düzgün oturmaq qaydaları izah edilib, valideyn və müəllimlərə şagirdlərin oturmaq qaydalarını daim nəzarətdə saxlamaq tövsiyə olunub.
|
|
15.03.2018 | 16:39 | |
|
|
|