Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "dəyirmi masa" | |
Balakən Rayon Təhsil Şöbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vüsalə Bədəlova tərəfindən daxil olan məlumata görə, tədbirdə təhsil şöbəsinin əməkdaşları, müəllimlər və başqa qonaqlar iştirak ediblər.
"Dəyirmi masa"da çıxış edənlər 100 il əvvəl Azərbaycanda müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının tarixi əhəmiyyətindən ətraflı danışıblar.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV
|
|
15.03.2018 | 13:09 | |
|
|
|