Müəllimlərin nəzərinə: “Ən yaxşı yazı” müsabiqəsi keçirilir | |
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzeti birgə əməkdaşlıq çərçivəsində növbəti “Ən yaxşı yazı” müsabiqəsini elan edib. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsinə hər iki qurumun öz töhfəsini vermək niyyəti ilə təşkil olunmuş müsabiqədə məqsəd yaradıcı müəllimləri üzə çıxarmaq, önların dilimizin saflığının qorunması, dövlət dilinin tədrisi sahəsindəki fəaliyyətlərini stimullaşdırmaqdır.
Müsabiqə ölkənin ümumu təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimlərinə ünvanlanıb. Onlar dövlət dilinin tədrisi ilə bağlı elmi-nəzəri və metodiki yazılarla müsabiqəyə qatıla bilərlər. Yazılar bu il dekabrın 1-dən 2019-cu il yanvarın 15-dək Bilik Fondunun elektron poçt ünvanında (bfmuallim@gmail.com) qəbul olunacaq. Təqdim olunan yazılar tanınmış pedaqoq, filoloq alimlər və təcrübəli müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqə barədə elan “Azərbaycan müəllimi” qəzetinin 30 noyabr 2018-ci il tarixli 45-ci nömrəsində dərc olunub, Fondun və qəzetin saytlarında yerləşdirilib. |
|
30.11.2018 | 17:55 | |
|
|
|