Türkiyənin Adana şəhərində "Teknofest" yarışının mükafatlandırılma mərasimi keçirilib
Türkiyənin Adana şəhərində "Teknofest" yarışının mükafatlandırılma mərasimi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, mərasim Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə başlayıb. Ərdoğan çıxışı zamanı qeyd edib:
 
"Teknofest yarışı 2018-ci ildən başlayaraq hər il Türkiyənin müxtəlif şəhərlərində keçirilir. Bu il isə ötən illərə nisbətdə 50 kateqoriya üzrə 1600000-dən çox iştirakçı qeydiyyatdan keçib". 
 
Mükafatlandırılma mərasimi Rəcəb Tayyib Ərdoğanın qalib komandalara mükafatlarını təqdim etməsi ilə davam edib. 
 
Qeyd edək ki, 1-ci yerə layiq görülən Həmid Məmmədli və Toğrul Abbasov Elm və Təhsil Nazirliyi və "STEAM Azərbaycan" layihəsinin dəstəyi ilə yarışda iştirak ediblər. Eyni zamanda gənclərin yarışa hazırlığı prosesində robototexnika və mexatronika mütəxəssisləri Şamil Sultanov və Murad Qurbanova da səmərəli fəaliyyət və yüksək peşəkarlıqlarına görə təşəkkür edirik!


07.10.2024 | 14:00