ADNSU tələbələri “Technofest 2024”də Hakaton birincisi olublar
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Türkiyənin Adana şəhərində keçirilən Hakatonda birinci yerə layiq görülüb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, 100 fərqli ölkədən, 774.296 komandanın və 1.569.994 şəxsin müraciət etdiyi hakatonda 1270 finalist komanda və 6514 finalist şəxs iştirak edib. 
 
“Teknofest 2024” yarışında T3 AI Hackathon kateqoriyası üzrə 48 saatlıq mübarizənin qalibi ADNSU-nun SABAH qruplarından Əli Həsənli, İsa Quliyev, Zaman Kazımov və 682.21E qrup tələbəsi Arzuman Abbasovdan ibarət olan “Spark” komandası olub. Komanda "Engelsiz Yaşam" kateqoriyası üzrə diqqət pozğunluğu, disleksiya və rənk korluğundan əziyyət çəkən şəxslər üçün süni intellekt dəstəkli həll hazırlamışdı. 
 
Qeyd edək ki, komandaların mükafatlandırılması 2-5 oktyabr tarixində baş tutub.


07.10.2024 | 09:36