Mədəniyyət naziri: Cəmiyyətin bütün düzəni müəllim fəaliyyəti üzərində qurulub
“Müəllim peşəsi müqəddəsdir. Müəllimlər bizim üçün fəxr yeridirlər. Onların gənc nəslin yetişməsində böyük zəhmətləri var”.
 
Bu sözləri “Azərbaycan müəllimi”nə özəl açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
 
O bildirib ki, ölkəmizdə müəllim peşəsinə olan marağın, müəllim peşəsinin reputasiyasının artırılması istiqamətində ciddi işlər görülür. 
 
"Bunlar həm institusional islahatları, həm də kadr bazasının keyfiyyətinin artırılması işlərini əhatə edir. Ümid edirik ki, gün-gündən müəllimlərimizin sayı və onların fəaliyyət istiqamətləri artacaq:
 
“Artıq elmdə yeni istiqamətlər formalaşmaqdadır. Həmin biliklərin məhz yeni nəslə ötürülməsini təmin edən də elə müəllimlərdir. Ona görə müəllimə olan hörmət, inam və etibar cəmiyyətdə daha da artmalıdır. Anlamalıyıq ki, cəmiyyətin bütün düzəni, xüsusilə dövlətçiliyimiz, milli idealogiyamız, milli köklərimiz məhz müəllimlərin fəaliyyəti üzərində qurulub. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərə görə, müəllimlərimizə borcluyuq".
 
Yetər KƏRİMLİ


04.10.2024 | 12:54