PISA-nın yaradıcısı: Gənclərin 70 faizi iqlim dəyişikliyini izah edə bilmir | |
Dünyada 70% gənc iqlim dəyişikliyini izah edə bilmir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu PISA-nın yaradıcısı Andreas Şleyxer Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumda çıxışı zamanı vurğulayıb.
Onun sözlərinə görə, dünya ölkələri bunu öz milli sistemində izah etməyi bacarmalıdır: "Ümumiyyətlə, məktəbdən kənarda baş verənlər məktəb daxilinə girməməlidir".
O, Böyük Britaniya təcrübəsini nümunə gətirərək vurğulayıb ki, müəllimləri işə qəbul edərkən ilk sual "şagirdləri sevirsinizmi" olur: "Hazırda süni intellektin mövcudluğunu göstərərək deyirlər ki, gələcəkdə bu peşəyə ehtiyac olmayacaq. Bu, səhv yanaşmadır. Müəllim həmişə insanın kim olduğunu öyrədəcək şəxs olacaq".
Direktor bildirib ki, məktəblər "yaşıl bacarıqlar"ı effektiv inkişaf etdirmək üçün təşəbbüslər həyata keçirə bilər: "Dünya iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apararkən, adətən, onun təhsilə təsiri nəzərdən qaçırılır. Halbuki planetin artan temperaturu və istilik dalğaları təkcə ətraf mühiti təhdid etmir, həm də bütün dünyada milyonlarla uşağın təhsilinə mane olur".
D.Savaj vurğulayıb ki, uşaqlarda "yaşıl bacarıqlar"ın formalaşmasında COP29 yaxşı fürsətdir: "Təhsil sistemlərində iqlim dəyişikliyi mütləq əks olunmalıdır. Araşdırmalar göstərir ki, iqlim dəyişikliyinə uyğunlaşmaq üçün təhsil sistemləri dərhal tədbirlər görməlidir. İqlimə daha çox həssas olan ölkələr bu sahədə təcrübə və fövqəladə vəziyyətə hazırlıq bacarıqlarını gücləndirməyə çalışırlar. Hökumətlər isə təhsil sektorunda iqlimə davamlılıq prinsiplərini inteqrasiya edərək müvafiq islahatlar aparır. Bu yanaşmalar, şagirdləri iqlim dəyişikliyinə uyğun ağıllı həllər və yerli ətraf mühitin qorunması üçün maarifləndirir".
Yetər Kərimli
|
|
04.10.2024 | 11:45 | |
|
|
|