Dərsdənkənar dərnəklər üçün "Tredu" tətbiqi yaradılıb (R)
Hamımız bilirik ki, dərsdənkənar dərnəklər övladınızın inkişafında əvəzsiz rol oynayır. Azərbaycanın bir çox təhsil ocaqlarında fərqli istiqamətlər üzrə dərsdənkənar dərnəklər mövcuddur, lakin bəzən valideynlər bu dərnəklərə qoşulmaqda çətinlik çəkirlər. Əsas problemlərdən biri dərnəklərin müxtəlif vaxtlarda keçirilməsi, fərqli yerlərdə təşkil olunması və dərnəklərə gedərkən tıxaclarda çox vaxt itirilməsidir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu çətinliklərin həlli üçün "Tredu" tətbiqi yaradıldı. "Tredu" övladınızın dərsdənkənar dərnəklərdə rahat iştirakını təmin edən unikal platformadır. Platformanın əsas üstünlüyü geniş partnyor şəbəkəsindən istifadə edərək məşhur kursları birbaşa məktəblərə gətirməsidir. Beləliklə, övladınız dərsdən əvvəl və ya sonra rahatlıqla dərnəklərə qoşula bilər. Bu isə valideynlərin həm vaxt itkisini aradan qaldırır, həm də şagirdlərin təhlükəsizliyini təmin edir.
 
Hazırda "Tredu" platformasında şahmat, proqramlaşdırma, robototexnika, futbol, basketbol, rəsm və digər sahələr üzrə dərnəklər mövcuddur. Tətbiq vasitəsilə asanlıqla onlayn qeydiyyatdan keçmək mümkündür və dərnəklər birbaşa məktəblərdə keçirilir. Bundan əlavə, valideynlər övladlarının irəliləyişini tətbiq üzərindən izləyə bilərlər.
 
Artıq bir ildir ki, "Tredu" platforması bir sıra dövlət məktəblərində və "LANDAU School"da yüzlərlə şagirdə dərsdənkənar dərnəklər təklif edir.
 
Platformanın baş icraçı direktoru Toğrul İsmayılov bildirib ki, platforma bu ay Bakı şəhərinin beş rayonunda 50-dən çox dövlət və özəl məktəbdə fəaliyyətə başlayacaq:
 
"Tredu" tətbiqi üzrə işlərimiz sürətlə davam edir və partnyor şəbəkəmiz durmadan genişlənir. Partnyorlarımız arasında "Məmmədyarovlar" şahmat məktəbi, "Galatasaray", "Div Academy" olmaqla ümumilikdə 60-dan çox şirkət yer alır".
 
"Tredu" tətbiqini həm "Google Play Market"dən, həm də "App Store"dan yükləmək mümkündür. Tətbiqdə qeydiyyatdan keçmədən dərnəklər və digər özəlliklərlə tanış olmaq imkanı da var.
 
"Tredu"nun yeniliklərindən xəbərdar olmaq üçün sosial media hesablarımızı (www.instagram.com/treduapp) izləyə və ya *7788 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.


03.10.2024 | 16:24